Martın 17-də dünya neft qiymətləri 3-4%-a qədər ucuzlaşıb.
Unikal.org xəbər verir ki, "Brent" markalı neftin qiyməti 20 yanvar 2016-cı ildən bəri ilk dəfə bir barel üçün 29 dollardan aşağı düşdü.
"Brent" markalı neftin may fyuçerslərinin qiyməti 3,76% azalaraq 28,92 dollar/barelə qədər enib. "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 3,1% azalaraq 28,1 dollar/barelə qədər enib.