Rusiyanın Saxa Respublikasında (Yakutiya) 6 nəfərdə koronavirus aşkarlanıb.

Unikal.org "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu respublikanın hökuməti yanında operativ qərargah açıqlayıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 182 ölkədə qeydə alınıb.