Vuhandan dünyaya yayılan və Türkiyədə 44 adamın ölümünə səbəb olan koronavirüs yoluxmaqda davam edir.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, koronavirusla əlaqədar mübarizə aparan İstanbullu 24 tibb işçisində virusun nəticələri pozitiv çıxıb.
Belə ki, İstanbul Ailə Tibb Dərnəyi İdarə heyətinin rəhbəri Kutbettin Demir, səhiyyə işçilərinin ümumi vəziyyətinin yaxşı olduğunu söyləyib. Dr. Kutbettin Demir “Bir neçə dostumuz stasionar müalicə alarkən digər həmkarlarımız müalicələrini evdə davam etdirirlər. Dostlarımızın sağlamlığı üçün narahat olmaq üçün heç bir şey yoxdur” deyə tibb işçiləlrinin ümumi vəziyyəti haqqında məlumat verib.