Əfqanıstan prezidenti Əşrəf Qani, ölkədə yeni növ koronavirus (Kovid-19) sayının getdikcə artması səbəbi ilə 10 min məhkumun sərbəst buraxılmasına qərar verib.
Unikal.org məlumat verir ki, Əfqanıstan Həbsxanalarının prezidenti Əhməd Raşid Totahil mətbuata açıqlamasında “Covid-19” tədbirləri çərçivəsində Qani qərarı ilə təxminən 10 min məhbusun sərbəst buraxılacağını söyləyib.
Qərarın 55 yaşdan yuxarı, uşaqları, qadınları və ağır xəstə məhbusları əhatə etdiyini bildirən Totahil, daxili və xarici təhlükəsizlik üçün təhlükə yaradan məhbusların sərbəst buraxılmayacağını bildirib.
Həmçinin də, Totahilin açıqlamasında buraxılma prosesi 10 gün ərzində başlayacağını bildirib.
Qeyd edək ki, Əfqanistanda 90 nəfər koronavirusa yoluxub, 3 nəfər isə həyatını itirib.