Azərbaycanda əhali qrupu üzrə elektrik enerjisindən güzəştli istifadə limitinin 100 kVt-saat həcmində müddətli artırılması nəzərdə tutulur.

Unikal.org-un Azərbaycanın İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, hazırda Azərbaycanda əhali qrupu üzrə aylıq elektrik enerjisindən güzəştli istifadə limiti 300 kVt-saat təşkil edir. Bu limit çərçivəsində elektrik enerjisinin 1 kVt-saatı 7 qəpikdən hesablanır. Limiti keçdikdə istifadə edilən elektrik enerjisinin 1 kVt-saatı üçün qiyməti 11 qəpikdən hesablanır.

Beləliklə, yeni proqrama sözügedən limitin müddətli 400 kVt-saatadək artırılmasını nəzərdə tutur.