Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kadr dəyişikliyi olub.

Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Unikal.org-a bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Hidayət Abdullayev Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini təyin edilib. 

O, bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində işləyib.

Nazir Sahil Babayevin müvafiq əmri ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev vəzifəsindən azad edilərək Nazirliyin Aparat rəhbəri vəzifəsinə gətirilib. 

Qeyd edək ki, bu barədə ilk məlumatı oxu.az yayımlayıb.

Amid