Keçən il daxili nəzarət çərçivəsində aşkarlanmış 290 fakt üzrə 378 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb.
Unikal.org-un məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyətinə dair hesabatında qeyd edilib.
Hesabatda qeyd edilib ki, onlardan 19-u daxili işlər orqanlarından xidmətdən azad olunub, 37-si tutduğu vəzifədən azad edilib, 322 əməkdaş barəsində digər tənbeh tədbirləri görülüb.