Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi, yaşayış məntəqələrinin ərazilərində koronavirus infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə geniş miqyaslı tədbirlər həyata keçirilir.

Qubadlı rayonunda bugünədək infeksiyanın yayılması hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən əhalinin kompakt məskunlaşdığı ərazilərdə, o cümlədən 1005 ailənin məskunlaşdığı Abşeron rayonu, St. Sumqayıt ərazisində, 1000 ailənin məskunlaşdığı Sumqayıt şəhəri 12-ci mkr yeni yaşayış massivində, Sumqayıt şəhərində müvəqqəti məskunlaşma ərazilərində rayonun bütün idarə və müəssisələrində, bundan əlavə 2 Körpələr evi-uşaq bağçasında, Bakı, Sumqayıt və Abşeron rayonunda yerləşən 32 ümumtəhsil məktəblərində və 2 məktəbdənkənar müəssisələrdə dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.

Unikal.org xəbər verir ki, bu gün də Sumqayıt şəhərində məcburi köçkünlərin yaşadığı 11-ci mkr ev 2b və onun yanındakı “yarımçıq bina”da,  47-ci məhəllə 11, 12,13 və 14 saylı binalarda Abşeron rayonu St.Sumqayıt ərazisndə  salınmış şəhərcikdə sanitar-dezinfeksiya işləri aparıldı. Binaların girişləri, pilləkən qəfəsləri, həyətyanı sahələr təmizləndi və dezinfeksiya işləri aparıldı. Aparaılan təmizlik və dezinfeksiya işlərinə rayon Kommunal Müəssisələr Kombinatının işçiləri də cəlb edilmişdir.

Eyni zamanda Qubadlı rayon Polis Şöbəsinin nümayəndələri ilə birgə ərazidə xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət, habelə fərdi izahetmə-xəbərdarlıq işinin aparılması məqsədilə İHB aparatının, inzibati-ərazinümayəndəliklərinin, habelə digər qurumların nümayəndələrindən ibarət 13 mobil qrup yaradılmışdır. Hər bir qrup üzvünün sayı 2-3 nəfərdən ibarətdir və qrupa daxil olan hər bir şəxs karantin rejiminin tələbləri və əhali ilə davranış qaydaları barədə təlimatlandırılmış, fərqləndirici sarğı, qoruyucu maska, şəxsidezinfeksiya-mühafizə vasitələri ilə təmin olunmuşdur. Hal-hazırda qrup üzvləri məskunlaşma yerlərində gündəlik olaraq  maarifləndirmə işləri aparırlar. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələbi ilə rayonun 65 yaşdan yuxarı tənha yaşayan 300 nəfər sakini gündəlik vacib olan əsas təlabat malları ilə təmin edilmişdir və bu işlər gündəlik nəzarətdə saxlanılır.

Rayon sakinlərinin, xüsusilə yaşı  65-dən yuxarı olan insanların təhlükəsizliyini təmin etmək və gigiyenik qaydalara əməl olunması məqsədilə qeyd olunan tədbir və maarifləndirmə, eyni zamanda sanitar-dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir.