Biləsuvar rayonunda naməlum səbəblərdən ölüm hadisəsi baş verib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Amankənd kəndində baş verib.
Kənd sakini, 2002-ci il təvəllüdlü Aqşin Məmmədov yaşadığı evdə qəfildən vəfat edib. Onun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.
Məlumata görə, mərhum Azərbaycan Texniki Universitetinin 1-ci kurs tələbəsi olub.
Faktla bağlı araşdırma aparılır.