Problem yaranarkən kimisi məlumatlı olmadığını, kimisi xəstəsi olduğunu, kimisi də işlə bağlı gəldiyini deyir. Söhbət Bakıya giriş postlarındakı vəziyyətdən gedir.

Unikal.org Baku TV-yə istinadən xəbər verir ki, sürücülər posta yaxınlaşdığı zaman yol polisi və Daxili Qoşunların əməkdaşları onlara yaxınlaşaraq, sənədlərini yoxlayır.

Sənədi qanunda nəzərdə tutulmuş qaydalara uyğun olanlar şəhərə, uyğun olmayanlar isə geri qaytarılır.