"Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində borca görə heç kimin suyu kəsilə bilməz”.
Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.
O xatırladıb ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına uyğun olaraq koronavirus pandemiyasının qarşısının almaq üçün "Azərsu" ASC zəruri tədbirlər görür: "Belə ki, bu tədbirlərin tərkib hissəsi olaraq “Azərsu” ASC-nin əməkdaşları ilə vətəndaşların təmasını minimuma endirmək üçün martın 24-dən etibarən əhali qrupuna aid mənzillərin və həyət evlərinin daxilində yerləşən mexaniki sayğacların göstəricilərinin sayğaca baxış keçirməklə oxunması müvəqqəti dayandırılıb”.
A.Cəbrayıllı əlavə edib ki, smart-kartlar vasitəsilə su ilə təmin olunan istehlakçılar isə limitləri bitdiyi təqdirdə 5 kubmetr kredit götürə bilərlər.
"Qurumun təsərrüfat xərcləri , xaricdən alınan zərərsizləşdirici maddələr və riagəntlər, elektrik enerjisi və digər xərcləri qarşılamaq üçün vətəndaşlardan xahiş edirik ki, onlara indiyə qədər verilmiş bildirişlər üzrə borcların bir hissəsini ödəsinlər", - deyə o, əlavə edib.