Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən vəsaitin məbləği məlum olub.
Unikal.org xəbər verir ki, indiyədək Fonda 106 750 640 manat ianə köçürülüb. İanə köçürən şəxslər arasında 2260 hüquqi və 6296 fiziki şəxs var.
Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb. Fondun yaradılmasında məqsəd koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.