Sosial şəbəkələrdə koronavirusa  yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin aprelin 20-dan mayın 23-dək (ilk tədris günü mayın 25-i müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması ilə bağlı məlumat yayılıb.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Unikal.org-a açıqlamasında yayılan məlumatları əsassız adlandırıb:

“Belə skrinlər bundan əvvəl də bir neçə dəfə yayılmışdı və  dezinformasiya olmaqla heç bir rəsmi istinada söykənmir. Təhsil Nazirliyinin rəsmi resurlarına istinad etməklə daha doğru xəbərləri əldə edə bilərsiniz”.

Famil Fərhadoğlu