Saxta pasportdan istifadə etdiyi üçün Paraqvayda saxlanılan əfsanəvi futbolçu Ronaldinyo həbsxanada telefon işlədir.

Unikal.org xəbər verir ki, Braziliyalı futbolçu video çəkərək ailəsinə gödnərib. O, ailə üzvlərinə yaxşı olduğunu və onun üçün narahat olmamaları bildirib.

Onun ötən günlərdə “Barselona”dakı sabiq komanda yoldaşı Karles Puyolla danışdığı da məlum olub.

“Qızıl top”u qazanmış futbolçu və qardaşı 6 aylıq həbsə məhkum edilib.