Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı 2 nəfər ömürlük məhkuma da şamil edilib.

Unikal.org-un məlumatına görə, bunu Ədliyyə Nazirliyi yanında cəzaçəkmə müəssisələrinə ictimai nəzarəti həyata keçirən İctimai Komitənin üzvü Əlməmməd Nuriyev deyib.

O deyib ki, həmin şəxslərdən biri 20 il, digəri isə 25 il cəza çəkib.

Ə.Nuriyev qeyd edib ki, bundan başqa, 2 nəfər də Nardaran hadisələrinə görə həbs olunan şəxs əfvə düşüb:

"25 nəfər isə nəqliyyat hadisələrinə görə azadlıqdan məhrum olunan şəxslərdir".