BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında keçirilən missiyada iştirak edən Azərbaycan Ordusunun zabitləri plana uyğun olaraq Bakıya qayıdıb.
Bu barədə Unikal.org-a Müdafiə Nazirliyindən məlumat verilib.
2019-cu ilin yanvar ayından BMT-nin sülhməramlı missiyasında iştirak edən Azərbaycan hərbçilərinin fəaliyyəti beynəlxalq hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilib.
Cənubi Sudana rotasiya qaydasında göndərilən Azərbaycan Ordusunun yeni heyəti isə bu ölkənin paytaxtı Cuba şəhərindəki missiyada fəaliyyətə başlayıb.
Qeyd edək ki, Azərbaycan Milli Məclisi 2018-ci il noyabrın 30-da BMT-nin sülhməramlı missiyasının komandanlığı altında Cənubi Sudan Respublikasında hərbi qulluqçularımızın yerləşdirilməsi və missiyada iştirakı haqqında qərar qəbul edib.