“Bu gündən ilk araşdırmadan keçən işsizlərə birdəfəlik ödənişlərin verilməsinə başlamağı planlaşdırırıq”.
Unikal.org xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev REAL TV-yə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, sayın kifayət qədər çox olduğunu nəzərə alaraq bu o demək deyil ki, hamıya bir gündə ödəniş olunacaq: “Artıq 30 min insanın məlumatı emal olunub və onlarla bağlı qərar qəbul edilib. Ödəniş qrafikini də tənzimləməyə çalışırıq”.
Dövlətin sosial öhdəliyi yaşayış minimumundan aşağı vəsait alan insanlara dəstək vermək olduğunu xatırladan S.Babayev qeyd edib ki, bu gün 800, 1000. 5000 manat məvacib alanlara xüsusi dəstək verilməli deyil: “Repetitor kimi fəaliyyətini dayandıran müəllim həm də çalışdığı təhsil müəssəsindən əmək haqqı alır. Ölkədə müəllimin orta əməkhaqqı 500 manatın üzərindədır, ona işsizlər üçün ayrılmış məvacibin verilməsi doğru olmaz”.