İranın cənub bölgələrində təsirli olan güclü yağışlar nəticəsində baş verən sel fəlakətində ölənlərin sayı 26 nəfərə çatıb.

Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, bu barədə  məlumatı Fövqəladə Hallar Təşkilatının sözçüsü Mujaba Halidi İran Tələbə Xəbər Agentliyinə (ISNA) bildirib.

Mətbuat katibi Halidi, son 24 saatda Yezd vilayətində sel nəticəsində bir nəfərində öldüyünü qeyd edərək, ümumi ölənlərin sayı 26-ya çatdığını qeyd edib.

Martın 22-dən etibarən İranın cənub-şərqində təsirli olan leysan yağışların yaratdığı sel fəlakətində kənd təsərrüfatı sahələri və infrastruktur da ziyan görüb.