Petrologiya sahəsində tanınmış alim, "Şöhrət" ordenli, Azərbaycan Respublikasının Əməkdar geoloqu, Əməkdar elm xadimi, Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Arif İsmayılzadə bu gün 82 yaşında vəfat edib.
Bu barədə Unikal.org-a AMEA-dan məlumat verilib.
Arif İsmayılzadə 1937-ci il avqustun 14-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1959-cu ildə Azərbaycan Sənaye İnstitutunun Geoloji-kəşfiyyat fakültəsini (indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndis-geoloq ixtisası üzrə bitirib. 1968-ci ildə geologiya-mineralogiya elmləri namizədi, 1990-cı ildə elmlər doktoru alimlik dərəcələrini alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə isə AMEA-nın həqiqi üzvü seçilib.