Meksikada yeni növ koronavirus səbəbindən ölənlərin sayı günbəgün artır.
Unikal.org xəbər verir ki, ölkədə yeni növ koronavirus (COVID-19) nəticəsində ölənlərin sayı 174-ə yüksəlib.
Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, “COVİD-19” səbəbiylə son 24 saatda 33 nəfər həyatını itirərək ölənlərin sayı 174-ə, yoluxanların sayı 3118-ə çatıb.
Qeyd edək ki, Meksikada koronavirus pandemiyası səbəbiylə 23 Mart - 19 Aprel arasında ölkə daxilində komendant saatı tətbiq edilib.