İtaliya hökuməti karantin müddətinin artırılması ilə bağlı qərar verib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Baş Naziri Cüzeppe Konte bildirib.

Onun sözlərinə görə, İtaliyada koronavirusun qarşısını almaq məqsədilə tətbiq olunan karantin müddəti may ayının 3-dək uzadılıb.

Qeyd edək ki, İtaliyada bu günədək 18 min 849 nəfər koronavirusun qurbanı olub.