ABŞ-da yeni növ koronavirus (COVİD-19) infeksiyasına yoluxanların sayı son bir gün ərzində 33 255 nəfər artaraq ümumilikdə 501 821 nəfərə çatıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, son 24 saatda 2013 nəfər də eyni diaqnozdan dünyasını dəyişib. Ölənlərin ümumi sayı isə hazırda 18 695 nəfər təşkil edir. Bununla da ABŞ dünyada COVID-19 virusundan ölənlərin sayına görə İtaliyanı geridə qoymaqla birinci yeri tutub.