İngiltərədə COVID-19 səbəbiylə ölənlərin sayı son 24 saatda 980 artaraq 8 min 95-ə çatıb.

Unikal.org İngiltərə KİV-ə istinadən məlumat verir ki, gündəlik mətbuat konfransında Səhiyyə naziri Matt Hancock, epidemiya səbəbiylə ölənlərin sayının 7 min 978-dən 8 min 958-ə yüksəldiyini açıqlayıb.

Hancock, xəstəxanalarda müalicə alanların sayının 16 min 784-dən 19 min 304-ə qədər artdığını da bildirib.

Pasxa bayramında evdən çıxmamağın vacibliyini qeyd edən Hancock, “Hava nə qədər gözəl olursa olsun, yerli çimərliklər və parklar nə qədər olursa olsun, evdə qalmalıyıq. Çünki ölkə daxilindəki xəstəxanalarda tibb işçiləri xəstələri nəfəs almaq üçün gecə-gündüz mübarizə aparır. Evdə qalmağınıza ehtiyacı var”