Qırğızıstanda koronavirusa yoluxanların sayı 339-a çatıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı aprelin 11-də Respublikaın COVID-19-a qarşı mübarizə mərkəzi yayıb.
Belə ki, son 24 saatda daha 41 nəfər koronavirusa yoluxub.
Həmçinin də, məlumatda 12 tibbi işçisində koronavirus aşkarlanıb.
Qeyd edək ki, ölkə üzrə 5 nəfər koronavirusun qurbanı olub.