Türkiyənin TV8 kanalında yayımlanan böyük coşğu ilə izlənilən “Survivor 2020” yarışma proqramının iştirakçıları ən son model avtomobil qazanmaq üçün yarışıblar. 

Unikal.org xəbər verir ki, güclü rəqabətlə mübarizə aparılan yarışmada “Məşhurlar” komandasından olan Elif-Aycan və Cemal Can-Mert yarışmanın qalibi olublar. 

TV8 ekranlarının populyar yarışma proqramının məşhur teleaparıcısı Acun Ilıcalı, yarışma iştirakçıları mükafatını təqdim edəndə, iştirakçıların və tamaşaçıların böyük həyəcanına səbəb olub. 

Gərgin mübarizədən sonra qalib şəxslər ən son avtomobillə mükafatlandırıblar.