Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artmaqda davam edir.

Unikal.org ria.ru-ya istinadən xəbər verir ki, bu ölkədə son sutka ərzində koronavirusa 1667 yeni yoluxma faktı qeydə alınıb. Ümumi yoluxanların sayı 13584 nəfərə, virusdan ölənlərin sayı 106 nəfərə çatıb.  Son sutka ərzində ölənlərin sayı isə 12 nəfər olub. 

Ümumilikdə 1 045 nəfər sağalıb, 12 433 nəfərin müalicəsi davam edir.