Çadda yeni növ koronavirus xəstəliyinə qarşı mübarizə çərçivəsində 3200 məhkum əfv edilib.

Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki,  Prezidentliyindən edilən açıqlamada, müxtəlif cinayətlərə görə həbsdə olan 3200 məhkumun sərbəst buraxılacağı ifadə edilib. Bəşəriyyətə qarşı cinayətlər törədənlərin və terror aktları həyata keçirənlərin əfvdən azad edildiyi vurğulanıb.

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Bachelet əvvəlcədən bildirmişdi ki, amnistiya seçimi pandemiya həbsxanalarında mümkün nəticələrin qarşısını almaq üçün qiymətləndirilməlidir.

Bachelet tövsiyə edib ki, məhkumların və məhbusların, xüsusən yaşlı və risk altında olanların sərbəst buraxılması üçün təcili səy göstərilsin.

Qeyd edək ki, Çadda koronavirusa yoluxanların sayı 11-ə çatıb.