Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə insanlara dəstək məqsədilə Qaradağ Rayon İcra Hakimiyyəti gündəlik olaraq sosial aksiyaları davam etdirir.
İH-dən Unikal.org-a verilən məlumata görə, aksiya çərçivəsində 11 aprel 2020-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti və “Abşeron” Logistika, “Abşeron” tikinti materialları Mərkəzi” MMC könüllüləri tərəfindən karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və aztəminatlı ailələrə ərzaq məhsullarından ibarət 130-dan çox sovqat paylanılıb, eləcə də vətəndaşlara pandemiya ilə mübarizədə həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verilib və bildirilib ki, hər bir yaranmış çətinliklə bağlı Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edə bilərlər.
Sovqatları qəbul edən vətəndaşlar bu nəcib aksiyaya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Bu həssas dövrdə vətəndaşlarımızı evdə qalmağa, dövlətin müəyyən etdiyi sosial izolyasiya tələblərinə ciddi əməl etməyə bir daha çağırış olundu.