ABŞ Dövlət Departamenti, Hizbullahın İraqdakı ən yüksək komandiri Məhəmməd əl-Kövsərani haqqında məlumat verənlərə 10 milyon dollar mükafat veriləcəyini açıqlayıb.

Unikal.org məlumat verir ki, mükafatın Məhəmməd əl-Kövsəraninin fəaliyyəti, əlaqələri və tanışları haqqında məlumat qarşılığında veriləcəyi açıqlanıb.