Bir müddət öncə Bakı Bulvarında özünü dənizə atan gənc qızın meyiti dənizdən tapılıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın (şəxsiyyəti dəqiqləşdirilir) meyitini sudan çıxararaq aidiyyəti üzrə təhvil verilib.Mərhum Sabirabad rayonunun Qardaşlı kəndində dəfn edilib.

Qeyd edək ki, bu ilin fevral a Sabirabad rayon sakini 1998-ci il təvəllüdlü Rzazadə Nəzakət Muğdət qızı və sevgilisi olduğu iddia olunan 1995-ci ildə anadan olmuş Məmmədov Babahüseyn Zöhrab oğlu özlərini dənizə atıblar.Bakı Bulvar İdarəsinin mühafizəçiləri – Bayram Əliyev və Namiq Mahmudov 25 yaşlı oğlanı sudan çıxararaq xilas edə bilsələr də, gənc qız boğularaq ölüb. Tibb Universitetinin tələbəsi olan N.Rzazədənin axtarışları uzun müddət davam edirdi.

Famil Fərhadoğlu