Çində koronavirusa yoluxan bir xəstənin müalicəsi orta hesabla 21,5 min yuana (3 min dollardan çox), ağır vəziyyətdə olan xəstənin müalicəsi isə 150 min yuana (21,3 min dollardan çox) başa gəlir.
Unikal.org xəbər verir ki, bunu Çinin Tibbi Təminat İdarəsinin departament rəhbəri Cyun Syanszyun deyib.
Onun sözlərinə görə, aprelin 6-dək Çinin bütün regionlarında yoluxma şübhəsi və təsdiqlənmiş diaqnozlu pasientlərin müayinə və müalicələrinin ümumi xərcləri 1,48 milyard yuan (211 milyon dollar) təşkil edib.