Rusiyada və keçmiş sovet ölkələrində ənənəvi olaraq hər il 9 may tarixində qeyd edilən "Qələbə günü"nün keçirilməsi sual altına düşüb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə məsələ ilə bağlı verdiyi açıqlamasında "Qələbə günü"nün koronavirus pandemiyası səbəbindən rəsmən təxirə salındığını bildirib.

O, bu əlamətdar günün hansı tarixdə keçiriləcəyinin hələlik məlum olmadığını, lakin mütləq qeyd olunacağını deyib.

Qeyd edək ki, 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel danışıqsız təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır.