Xəbər verdiyimiz kimi, Türkiyə koronavirusun geniş yayıldığı ölkələrdən biri olan İngiltərəyə kömək etmək məqsədilə tibbi ləvazimat göndərmişdi. 

Unikal.org xəbər verir ki, İngiltərənin Avropa məsələləri üzrə Naziri Vendi Morton "Twitter" hesabından etdiyi paylaşımda buna görə Türkiyəyə minnətdarlığını bildirib.

O, "Türkiyə Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu və Səhiyyə Naziri Fəxrəddin Qocaya 250 min tibbi ləvazimat üçün təşəkkür edirəm" sözlərini yazıb.

Qeyd edək ki, Türkiyə daha əvvəl İtaliya, İspaniya, Şimali Makedoniya, Çernoqoriya, Serbiya, Bosniya və Herseqovina və Kosovaya da tibbi yardım göndərmişdi.