İsveçrədə sutka ərzində COVID-19 infeksiyasına yoluxanların sayı 400 nəfərə çatlb. Ümumi xəstələrin sayı 25,3 min nəfər təşkil edir.

Unikal.org xəbər verir ki, bu barədə İsveçrənin Federal Səhiyyə İdarəsindən bildirilib.

Məlumata görə, virusa yoluxmadan sutka ərzində 27 ölüm halı olub. Ümumi qurbanların sayı 858 nəfərdir.

Qeyd olunub ki, ölkə üzrə cəmi 193800 nəfər testdən keçirilib ki, onlardan da yalnız 15%-də virus aşkarlanıb.