Bütün dünyanı təşvişə salan koronavirusa qarşı həm peyvənd axtarışları davam etdirilir, həm də virusun necə yarandığı barədə araşdırmalar aparılır.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən həftə Uhandaki xəstəxanalardan birində çalışan Kao Bin adlı həkimin verdiyi açıqlamadan sonra insanlar koronavirusun vəhşi heyvan bazarından çıxdığı fikrinə şübhə ilə yanaşmağa başlayıblar. 

Belə ki, o, infeksiyaya yoluxan ilk 41 nəfərdən 13-nün həmin bazarla heç bir əlaqələrinin olmadığını bildirmişdi.

Ortaya çıxan sənədlər Uhan Virologiya İnstitutunun Çində yerləşən məhşur heyvan bazarının olduğu Yunnan adlı ərazidən 1600 kilometr uzaqlıqdakı mağaralarda yaşayan məməlilər üzərində bəzi təcrübələr apardıqlarını göstərir.

Əsas təəccübləndirici məqam isə ondan ibarətdir ki, bu araşdırmaların aparılması ABŞ höküməti 3,7 milyon dollar vəsaitlə maliyyələşdirib. Hal-hazırda bu pandemiyanın həmin insitutda əmələ gəldiyi təxmin edilir.

Digər bir iddiaya görə, institutda tədqiqat aparan elm adamları koronavirusun olduğu qanı səhvən havaya püskürdülməsi səbəbindən bu virusa həm özlərini, həm də yerli xalqı yoluxdurublar.