Ukrayna Prezidenti Zelenski koronavirusun zərdabını tapan ixtiraçıya 1 milyon dollar mükafat vəd edib.

Unikal.org xəbər verir ki, bu barədə Ukrayna Səhiyyə nazirinin müavini Viktor Lyaşko danışıb.

“Mən sizə bir sirr açım. Prezident məndən akademiklərə məktub yazmağı xahiş etdi. Məktubda akademiklərə elan edilir ki, koronavirus vaksinini tapan şəxsə ən azı bir milyon dollar mükafat veriləcək. Prezidentin bunu hansı fonddan verəcəyini isə bilmirəm”, - Lyaşko deyib.

Qeyd edək ki, Ukraynada koronavirusa 2777 nəfər yoluxub, onlardan 83 nəfər ölüb.