ABŞ-da koronavirusla bağlı baş verən hadisələr hər kəsi qorxuya salıb.

Unikal.org xəbər verir ki, hal-hazırda ən çox koronavirus xəstələrinin olduğu ölkə ABŞ-dır. Belə ki, burada artq yarım milyondan çox insan koronavirusa yoluxub.

Nyu-Yorkda yerləşən xəstəxanalardan birinin reaanimasiya şöbəsində çalışan D'neil Schmall adlı tibb bacısı iki həftə ərzində yaşadıqlarını gözyaşları içərisində danışıb. O, sosial şəbəkədə paylaşdığı videoda "Girdiyim bütün otaqlarda ölülər, cansız bədənlər var. İş yoldaşlarım üçün təəssüflənirəm" 

Gün ərzində təxminən 4-5 saat yata bildiklərini qeyd edən 35 yaşlı səhiyyə işçisi geyindikləri xüsusi geyimlərin içərisində 20 saat tərləyərək işlədiklərini bildirib. 

D'neil Schmall  gündə sadəcə 2 dəfə su içmək üçün fasilə verdiklərini vurğulayaraq "Bu videonu yayımladım, çünki burada nə yaşadığımızı bilmənizi istəyirəm. İşimi çox sevirəm və onu buraxmayacam, amma biz də insanıq" sözlərini deyib.