Ermənistanda 32 yaşlı hərbi qulluqçu intihar edib.

Unikal.org xəbər verir ki, onun meyiti ağacdan asılmış şəkildə tapılıb.

İntihar edən şəxs Ararat rayon sakini 32 yaşlı A.Rafikdir. Onun bədənində zorakılıq əlamətləri aşkarlanmayıb.

A.Rafik Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrinin birində müqaviləli hərbi qulluqçu kimi xidmət edirmiş.