Xəbər verdiyimiz kimi, bir müddət əvvəl koronavirusa yoluxduğu aşkarlanan İngiltərənin Baş Naziri Boris Conson sağalaraq evə buraxılıb.

Unikal.org xəbər verir ki, o, xəstəxanadan çıxdıqdan sonra sosial şəbəkə hesabında yeni bir video paylaşıb. O, bu videoda onun müalicəsi üçün çalışan bütün həkimlərə öz minnətdarlığını bildirib.

Bir həftə xəstəxanada qalan Boris Conson "Həyatımı onlara borcluyam. Nə qədər təşəkkür etsəm azdır".

O, həmçinin Yeni Zelandiyalı Cenni və Portuqaliyalı Luis adlı tibb işçilərinin 48 saat boyunca onun başı üzərində durduqlarını bildirib və onlara xüsusi təşəkkür edib.