Xəbər verdiyimiz kimi, Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa verdiyini açıqlayıb.

Unikal.org xəbər verir ki, bundan sonra diqqətlər prezident Ərdoğanın istefanı qəbul edib-etməyəcəyinə yönəlib. Türkiyənin ensonahber.com saytı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın daxili işlər naziri Süleyman Soylunun istefasını qəbul etmədiyi iddiasını irəli sürüb.

Türkiyə Prezidentinin Adminstrasiyasından isə Ərdoğanın Soylunun istefasını qəbul etmədiyi ilə bağlı açıqlama verilib.