Sudanda hökumət, tibb işçilərinə qarşı zorakılığın qarşısını almaq və Covid-19 ilə mübarizə də təcili qanun qəbul edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazirlik Mətbuat İdarəsindən edilən şərhə görə, hökumət yeni növ koronavirusla mübarizə tədbirləri (COVID-19) çərçivəsində fövqəladə qanun qəbul edib.

Qanun xəstəxanalar və karantin mərkəzlərində tibb işçilərinə qarşı zorakılığın qarşısını almaq üçün görülən tədbirləri və epidemiya ilə mübarizədə zəifliyi yarada biləcək halları, pozuntular halında tətbiq ediləcək cəzaları və qərarın yerinə yetirilməsi üçün bölmələrin səlahiyyətlərini əhatə edir.