İsraildə, 79 yaşlı baş rahib Eliyahu Bakshi, koronavirus səbəbiylə həyatını itirib.
Unikal.org İsrail KİV-ə istinadən xəbər verir ki, bu barədə Yediot Aharonot qəzeti məlumatı yayıb.
Belə ki, qəzetdə, Bakshinin təxminən 3 həftədir Qüdsdəki bir xəstəxanada müalicə aldığı və koronavirus səbəbiylə də öldüyü qeyd edilib.
Qeyd edək ki, Keçmiş Baş Rahib Eliyahu Bakshi, 1993-2003 illəri arasında ölkədə dini vəzifədə çalışıb.