Fransada koronavirusdan ölənlərin sayı son 24 saatda 561 artaraq 14 min 393-ə çatıb.

Unikal.org Fransa KİV-ə istinadən məlumat verir ki, Fransa Səhiyyə Nazirliyinin verdiyi açıqlamaya görə, virusa yoluxanların sayı son 24 saatda 1613 nəfər artaraq 95 min 403-ə çatıb.

Fransada, COVID-19 səbəbiylə 31 min 826 nəfər xəstəxanalarda müalicə olunur. Onların  6 min 845 nəfəri reanimasiyadadır. Xəstəliklə mübarizədə sağ qalanların sayı son 24 saat ərzində 825 nəfər artaraq 27 min 186 nəfərə çatıb.

Epidemiya səbəbiylə son 24 saat ərzində xəstəxanalar və qocalar evlərində 561 nəfər öldü, beləliklə həyat itkisi 14  min 393 nəfərə yüksəlib.

Belə ki, ölkədə görülən COVID-19 tədbirlərinin müsbət təsirinin göründüyü qeyd edildi.

Qeyd edək ki, Fransa, dünyada COVID-19 səbəbiylə ən çox itki və hadisənin baş verdiyi dördüncü ölkədir.