İtaliyada 4 min 92 insana koronavirus diaqnozu qoyulsa da, 431 nəfər virus səbəbindən həyatını itirb. Bir gündə ölənlərin sayı 19 Mart tarixindən bu yana ən aşağı artım qeydə alınıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər  verir ki, İtaliya Mülki Müdafiə Agentliyinin məlumatlarına görə, koronavirus səbəbiylə 21 Fevral tarixindən etibarən ölkədə 19 min 899 nəfər ölüb.

Qeyd edək ki, İtaliya koronavirus səbəbindən ölənlərin sayına görə ABŞ-dan sonra ikinci yeri tutur.