Taylandda koronavirusa yoluxmuş insanların ümumi sayı 2 min 579-a yüksəlib.
Unikal.org xarici KİV-ə istinadən məlumat verir ki, bu barədə açıqlamanı COVID-19 Vəziyyət İdarəetmə Mərkəzindən edilib.
Açıqlamada, 28 yeni koronavirus hadisəsinin qeydə alındığı, beləliklə ümumi işlərin sayının 2 min 579-a çatdığı ifadə edilib.
Qeyd edək ki, yeni virusa yoluxanların əksəriyyəti paytaxt Bangkokda yerləşir.
Digər tərəfdən, daha 2 nəfərin ölümü ilə ölkədə ölənlərin sayının 40-a yüksəldiyi bildirilib.