Türkiyənin ən böyük İhlas Xəbər Agentliyi (İHA) Türkiyə Daxili İşlər naziri Süleyman Soylu ilə bağlı yaydığı xəbərə görə üzr istəyib.

Unikal.org xəbər verir ki, İhlas Xəbər Agentliyi, nazir Soylunun istefasından sonra onun adından qısa bir açıqlama yayımlayıb: "Allah bizi həm millətimizin və həm də bizə ümid edənlərin yanında utandırmasın. Biz də eyni qətiyyətlə davam etməliyik. Allaha əmanət olun."

Xəbər mənbəyi olan İHA, mövzu ilə bağlı bir açıqlama verərək xəbərin saytdan çıxarıldığını və buna görə abunəçilərindən üzr istəyib. Açıqlamada deyilir: "'Eyni qətiyyətlə davam etməliyik' başlıqlı xəbərimiz mənbəyindən ləğv edilmişdir. Abunəçilərimizdən üzr istəyirik".