Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə telekonferans sistemi ilə bu gün nazirlər toplanacaq. 

Unikal.org xəbər verir ki, prezidentin nazirlərlə aparacağı müzakirənin başında koronavirusla mübarizə olacaq. 

Belə ki, Ərdoğan nazirlərlə aprelin 11 və 12-də Türkiyənin 31 bölgəsində küçəyə çıxmaq qadağasının nəticələri və növbəti  qadağa qoyula bilərmi? mövzuları müzakirə edəcək. Bununla belə, toplantıya dünən axşam istefa verən Türkiyə Daxili İşlər naziri Süleyman Soylu da qatılacaq.