Koronavirusun yeni növü (COVID-19) səbəbiylə İsraildə ölənlərin sayı 110-a, yoluxanların sayı 11 min 235-ə yüksəlib.

Unikal.org İsrail KİV-ə istinadən məlumat verir ki, Səhiyyə Nazirliyinin yazılı açıqlamasında, son 24 saatda COVID-19 diaqnozu qoyulan daha 7 xəstənin öldüyü bildirilib.

Açıqlamada, son bir gündə 90 yoluxma halı baş verərək, ümumi yoluxanların sayı 11 min 235-ə çatdığını, bu xəstələrdən 181-nin vəziyyətinin ağır olduğu və 689 adamın sağaldığı bildirilib.