Rusiyada koronavirus pandemiyasına yoluxanların sayı artıb.

Unikal.org xəbər verir ki, ötən gün ərzində ölkədə daha 2558 nəfər bu virusa yoluxub, 179 nəfər sağalıb, 18 xəstə ölüb. Ümumilikdə Rusiyanın 82 regionunda 18 328 nəfər COVID-19 xəstəliyindən müalicə alır. İndiyədək 1 470 nəfər sağalıb, 148 nəfər dünyasını dəyişib.

Moskvada koronavirus xəstələrinin sayı bir gündə 1 355 nəfər artaraq 11 min 500 nəfərə çatıb.