İranda son 24 saat ərzində koronavirus (COVID-19) nəticəsində daha 111 nəfər həyatını itirərək, ümumi itki 4 min 585-ə çatıb.

Unikal.org İran KİV-ə istinadən xəbər verir ki, İran dövlət televiziyasının verdiyi məlumata görə, Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cihanpur, son 24 saat ərzində COVID-19 səbəbiylə daha 111 insanın öldüyünü açıqlayıb.

Beləliklə, Cihanpur, ölənlərin ümumi sayının 4 min 585-ə yüksəldiyini və yoluxanlarının sayının 617 min artaraq 73 min 303-ə çatdığını bildirib.